Fransa miqrant böhranı ilə bağlı İspaniya ilə sərhədə qoşun, təyyarə və dron yerləşdirib

Fransa Seutadakı miqrant böhranı ilə əlaqədar olaraq İspaniya ilə sərhədə qoşun, təyyarə və dron yerləşdirib.

Bu barədə Fransa prezidenti Emmanuel Makron sosial media hesabında məlumat verib.

Böhranla bağlı İtaliya artıq İspaniya ilə Şengen sazişini birtərəfli şəkildə dayandırıb.

Pais qəzetinin məlumatına görə, İspaniyanın Seuta şəhərinə çatmağa çalışarkən ölən miqrantların sayı 57-yə çatıb.

İspaniya Daxili İşlər Nazirliyi həmçinin 37500 qanunsuz miqrantın Mərakeşə qayıtdığını açıqlayıb.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər