6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan “start-up”ı beynəlxalq müsabiqənin qalibi olub

Türkiyənin Bursa şəhərində “Capital” və “Economist” jurnallarının təşkilatçılığı ilə Uludağ İqtisadi Zirvəsinin 8-ci toplantısı və bu tədbir çərçivəsində “Stars of Region” adlı qlobal startap müsabiqəsi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramının iştirakçısı olan “Hotel Race” startapı beynəlxalq müsabiqəyə qatılan iki mindən artıq startap arasından seçilərək final mərhələsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat edib.

“Hotel Race” startapının əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə hotellər üçün innovativ idarəetmə həllərinin və digər analitik həllərin hazırlanmasıdır.

Müsabiqənin münsiflər heyəti final mərhələsinə daxil olmuş startaplar arasından I, II və III yerlərin qaliblərini müəyyənləşdiriblər.

Müsabiqədə I, II və III yerlərə müvafiq olaraq “Tion” (Türkiyə), “Hotel Race” (Azərbaycan) və “Sonaris” (İsrail) layihələri layiq görülüb. Tədbirin yekununda qaliblərə təşkilatçılar və tərəfdaşlar tərəfindən pul mükafatları təqdim edilib. Həmçinin qalib startaplarla qlobal bazara çıxmaları üçün investisiya qoyuluşu barədə danışıqlara başlanılıb.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi ilk dəfə olaraq beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

Son xəbərlər
Digər xəbərlər