Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış şirkəti “Honda” daha iki sənaye nəhənginin üzv olduğu pilotsuz nəqliyyatın inkişafı alyansına qoşulub.
Yaponiya KİV-ə istinadən, “Toyota” və “Soft Bank” ötən il “Monet Technologies” şirkətini yaradıblar.
Bildirilir ki, “Honda” şirkəti martın 28-də “Monet Technologies”in səhmlərinin 9 faizini alıb. “Toyota” şirkətinin yük avtomobilləri istehsal edən “Hino” filialı da eyni məbləğdə səhmlər əldə edib.
“Monet Technologies” şirkəti qarşıdakı 3 ildə yüzədək yerli hökumət orqanı ilə əlaqələr qurmağı planlaşdırır. Əsas məqsəd 2023-cü ilədək şirkət tərəfindən istehsal ediləcək pilotsuz elektromobillər üçün xidmətin təşkilidir.