20 C
Baku
Saturday, September 21, 2024

Facebook və Instagram bu şəxsləri gələn həftədən bloklayacaq

Milliyyətçi kampaniyalar və separatizmi təbliğ edən məlumatlar “Facebook” və “Instagram”da bloklanacaq.

Britaniya mediasına istinadən, bunu “Facebook”un qurucusu Mark Zukerberq bəyan edib. O, bildirib ki, gələn həftədən etibarən bu cür məlumatların yayılması hər iki sosial şəbəkədə bloklanacaq. Zukerberqin sözlərinə görə, sosial şəbəkə terrorçu qrupların hesablarını da bloklamağı hədəfləyib.

Qeyd edək ki, Facebook yaradıcısının bu qərarı verməsinə səbəb bir neçə gün öncə Yeni Zelandiyada məscidlərdə dinc müsəlmanlara qarşı amansız terror aktının törədilməsi olub.

Son xəbərlər
Digər xəbərlər