2 C
Baku
Saturday, December 14, 2024

Deputat: “Dünyanın sığorta şirkətlərinin mütəxəssisləri ölkəyə dəvət olunsun”

“Diqlas” ticarət mərkəzində yanğın baş verməsi nəticəsində dəyən ziyanı dövlət üzərinə götürdü. Amma bu, həmişə belə ola bilməz. İnkişaf etmiş ölkələrdə olduğu kimi, sığorta sistemi işə salınmalıdır, institut kimi formalaşmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Millət vəkili qeyd edib ki, ölkədəki sığorta şirkətləri işlərinin öhdəsindən layiqincə gəlmir: “Xalqın bu şirkətlərə inamı azdır. Çünki onlar sığorta olunan əmlaklara dəymiş ziyanın ödənilməsi ilə bağlı problem yaradırlar. Təklif edirəm ki, dünyanın sığorta şirkətlərinin mütəxəssisləri ölkəyə dəvət olunsun, onların təcrübəsindən istifadə edilsin”.

©Report

Son xəbərlər
Digər xəbərlər