Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
“Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il aprelin 1-dək 98.386.852,81 AZN, 213.577,88 ABŞ dolları, 16.036,0 avro və 5000,0 rubl vəsait daxil olub.