9 C
Baku
Thursday, December 12, 2024

Almaniyada sonuncu su samuru ferması bağlanıb – “Mən dəb yaratmaq məqsədilə heyvanları öldürmək istəmirəm”

Almaniyanın Raden şəhərində yerləşən su samuru ferması bağlanıb. Banker.az xəbər verir ki, bu haqda Almaniyanın Deutsche Welle xəbər agentliyi bildirir. 

Bunun səbəbi zologiya-mühafizəçilərin təzyiqi olub. Mart ayında heyvanların mühafizəsi bürosu, təşkilatın veb saytında dronlar vasitəsilə çəkilmiş video yerləşdirib. Məlum olub ki, heyvanlar qəbuledilməz bir şəraitdə yetişdirilir – su samurları dar qəfəslərdə, yeməksiz və susuz bir şəraitdə saxlanılıb.

Ferma sahibkarı, “baytarlıq yoxlamaları və ictimaiyyətin təzyiqi” səbəbiylə biznesinin bağlanmasını bir daha təsdiq edib.  

2018-ci ildə Versace moda evinin rəhbəri olan Donatella Versace, geyim və aksessuarların yaradılmasında təbii xəzdən istifadə etməyəcəyini bildirib.

“Xəz? Mən daha bu işdə iştirak etmirəm. Mən dəb yaratmaq məqsədilə heyvanları öldürmək istəmirəm. Mənə elə gəlir ki, bu düzgün deyil”, – Versace deyir. Gucci, Michael Kors və Jimmy Choo kimi tanınmış brendlər də xəz-dəridən imtina etdiklərini qeyd ediblər.

Son xəbərlər
Digər xəbərlər