Avropa bankları zəif idarəetmə, ticarət sanksiyalarının pozulması və çirkli pulların yuyulması hallarına görə 2012-2018-ci illər ərzində 16 mlrd. dollardan çox cərimə edilib.
Avropa bankları bu cərimələri ödədikdən sonra daha çox təhqiqatlarla qarşı-qarşıya qalıblar.
Bəzi hallarda tənzimləyicilər təxirə salınmış məhkəmənin araşdırmaları qarşılığında banklara tövsiyə ediblər ki, əlavə tənzimləmə müddəti ərzində risklərin idarə edilməsi və idarəetmə sistemlərini təkmilləşdirsinlər.
ABŞ tənzimləyiciləri cərimənin 75%-nin ödənişini əldə ediblər. ABŞ hal-hazırda “Danske Bank”da araşdırmalar aparır, hansı ki, bu bankın Estoniyadakı filialında çirkli pulların yuyulması ilə bağlı uğursuz əməliyyatları həyata keçirdiklərini təsdiq ediblər.
Bundan başqa, İsveçrə bankında Baltik ölkələrində bir neçə uğursuz çirkli pulların yuyulması əməliyyatları ilə bağlı araşdırmalar aparılır. Bu kateqoriyadan olan araşdırmalar Skandinaviya banklarında və İtaliya Mərkəzi Bankında da həyata keçirilir.
©Report