10 C
Baku
Wednesday, December 11, 2024

SKSP-nın rezidentinin kapitalı 280 mln manata çatıb

Sumqayıt Kimya-Sənaye Parkının (SKSP) rezidenti “STDC” MMC kapitalını daha 22 mln 423 min manat (13,2 mln. dollar) artırıb. Beləliklə, regionda ən iri Data mərkəzi tikmiş bu şirkətin kapitalı 280 mln manata (164 mln dollardan çox) yaxınlaşıb.

Şirkət 2016-cı ilin iyun ayında ilkin kapitalı 10 manat olmaqla təsis edilib. 2017-ci ilin mart ayında SKSP-nın rezidenti statusunu alıb. Şirkətin Data mərkəzi SKSP-nın ərazisində 14 hektar yer tutur.

©Turan

Son xəbərlər
Digər xəbərlər