Rusiya şirkətləri Azərbaycanda birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov deyib.
“Bugünkü biznes forumda iştirak edən Rusiya şirkətləri Azərbaycana tədarük həcmini artırmaq istəyirlər. O cümlədən, gələcəkdə üçüncü ölkələrin bazarlarına çıxış əldə etmək məqsədilə burada birgə müəssisələr yaratmaq arzusunda olan şirkətlər də var”, – D.Manturov bu gün Bakıda jurnalistlərə bildirib.
O həmçinin qeyd edib ki, logistika xərclərinin azaldılması, həmçinin Azərbaycanın stratejio mövqeyi nöqteyi-nəzərindən birgə müəssisələrin yaradılması səmərəlidir.
“Biz o cümlədən Ş.Mustafayevlə (Azərbaycanın iqtisadiyyat naziri – İF) sənaye forumu çərçivəsində iyulun əvvəlində Yekaterinburqda görüşməyə dair razıılğa gəlmişik. Orada konkret dialoqu davam etdirəcəyik”, – nazir əlavə edib.
Cümə axşamı Bakıda Azərbaycan-Rusiya sənaye əməkdaşlığı forumu keçirilib. Tədbirdə 200-ə yaxın, həmçinin 60 Rusiya şirkətinin nümayəndələri iştirak ediblər.