Protokolların hamsının yoxlanm asından sonra qalib, aktyor Vladimir Zelenskiy olub, o 30,24% səs toplayıb. Onun ardınca 15,95% səslə hazırki prezident Pyotr Poroşenko gəlir. Onların hər ikisi ikinci tura keçib.
MSK öz saytında prezident seçkilərinin yekun nəticələrini elan edib. Onların açıqlamasına görə protokolların tam yoxlanmasından sonra birinci turda qələbəni aktyor Vladimir Zelenskiy əldə edib. O 30,24% ukraynalının dəstəyini qazanıb. İkinci yerdə hal-hazırki president Pyotr Pororşenko gəlir, belə ki, ona seçicilərin 15,95%-i səs verib. Onların hər ikisi 21 apreldə baş tutacaq ikinci turda iştirak edəcəklər.
MSK-nın nəticələrinə görə onlardan sonra “Batkivşina” partiyasınn lideri Yuliya Timoşenko (13,40%) deputat Yuriy Boyko(11,67%) gəlir. Liderlər beşliyini Ukraynanın keçmiş müdafiə naziri, hazırki millət vəkili Anatoliy Qriçenko bağlayır(6,91%). Ümumilikdə seçkilərdə 39 namizəd iştirak edib və bu da Ukrayna üçün rekord göstərici olub.
Pezident seçkilərinin birinci turu 31 martda olub. Seçim hesabı 63,52% olub. MSK-nın xəbərinə görə seçkilərin gedişində qayda pozuntusu aşkarlanmayıb. İkinci turun labüdlüyü barədə artıq 1 aprel səhəri rəsmən elan verilib. Birinci turda qalib gəlmək üçün namizədə 505 səs toplamaq lazım gəlib. İkinci turda isə qalib sadə səs çoxluğu ilə seçiləcək.
İkinci turda Zelenskiyə 49,4%, Poroşenkoya isə 19,2% səs gələ bilər. Bu, “112 Ukrayna” və NewsOne telekanallarının Avstriyanın sosial araşdırmalar və məsləhət İnstitutu ilə birgə (SAMİ) 31 martda keçirilən “exit poll”-da deyilib. Lakin cavabı soruşulanlardan 19,2%-I , ikinci tura Zelenskiy və Poroşenkonun keçdiyi halda kimə səs verəcəklərini deməkdə çatinlik çəkiblər, 11,6% isə seçkilərdə iştirak etməyəcəyini bildirib.
Ukraynanın milli ictimai teleradio şirkəti (UMİT) hələ aprelin 1-də, ikinci tura keçən namizədləri debatlarda iştirak etməyə çağırıb. Debatlar qaydası üzrə səsvermə günündən əvvəlki son cümə günü keçirilir və 60 dəqiqə çəkir. Bu barədə UMİT məlumat verib. Əgər namizədlərdən hər hansısa biri iştirak etməkdən imtina edərsə ona ayrilan vaxt həmkarının vaxtına əlavə olunur.
Əvvəlcə Zelenskinin ştabında, Poroşenko ilə debatın mənasız olduğunu bildiriblər, lakin sonra şoumen Kiyevdə “Olimpiyskiy” stadionunda tədbir keçirməyi təklif edib. Hazırki prezident çağırışı qəbul edib və bildirib ki, deabtın qaydaları qanunvericilikdə yazılıb və belə tədbirin bütün kanallardan canlı yayımla İctimai nümayışı vacibdir. Poroşenko Facebook-da yazıb: “Stadionda da olsa mən sizi gözləyirəm , Vladimir Aleksandroviç”.