26 C
Baku
Tuesday, April 30, 2024

Qazaxıstan Milli Bankı Azərbaycanın qiymətli kağızlarının satışına başlayıb

Qazaxıstan Vahid Yığım Pensiya Fondunun investisiya portfelindən martın 1-nə olan vəziyyətə görə 1,68 milyard təngə dəyərində Azərbaycan hökumətinin dövlət qiymətli kağızları satılıb. 

Fondun Mətbuat xidmətindən müvafiq qərarın Qazaxıstan Milli Bankı tərəfindən cəmləşmə riskini azaltmaq məqsədilə və bazarda əlverişli konyunkturu nəzərə almaqla verildiyini bildiriblər.

Xatırladaq ki, sözügedən qiymətli kağızlar Fondun pensiya aktivləri portfelindəki Azərbaycan Beynəlxalq Bankına (ABB) aid 2014-cü ildə satın alınmış istiqrazların bankın öhdəliklərinin könüllü restrukturizasiyası çərçivəsində Azərbaycan hökumətinin dövlət qiymətli kağızlarına dəyişilməsi nəticəsində əldə edilib. Bu öhdəliklərin restrukturizasiyası zamanı ABB istiqrazlarının məcmu cari dəyəri 71,37 milyard təngə, Azərbaycan hökumətinin DQK-nın qeydiyyata düşmə günü isə 75,97 milyard təngə olub.

“Bu sövdələşmənin karı 4,6 milyard təngə, yəni 13,65 milyon ABŞ dolları dəyərində restrukturizasiyadan əldə olunan gəlir hesab etmək olar”, – deyə Fondun Mətbuat xidmətindən bildirilib.

Bu ilin 1 yanvar tarixində fondun pensiya aktivləri portfelində Azərbaycan hökumətinə məxsus 83,48 milyard təngə məbləğində 258 307 ədəd DQK, satışdan sonra isə martın 1-ə olan məlumata görə 84,92 milyard təngə məbləğində 253 307 ədəd DQK olub.

©Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər