14 C
Baku
Sunday, September 29, 2024

Vergi Məcəlləsində sui istifadəyə şərait yaradan bənd

Vergi Məcəlləsində 38 maddə var. Bu maddə səyyar vergi yoxlaması ilə bağlıdır. Amma növbədənkənar vergi yoxlaması ilə bağlı bir bənd var. Bu bənddə qeyd olunur ki, 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilinər. Bu bəndin müsbət tərəfi də var. Müsbət tərəfi ondan ibarətdir ki, bu bənd yayınmanın qarşısını alır. Yəni əgər artıq ödəmə varsa, və vergi ödəyicisinin bu artıq ödənilmə ilə bağlı ərizəsi varsa bu halda növbədən kənar yoxlama keçirilir.

Bundan əlavə vergi orqanın da, səlahiyyəti verir ki, istənilən məbləğə görə növbədənkənar yoxlama keçirsin. Misal üçün 5 manat artıq ödəmə olub. Bu halda vergi ödəyicisinin 3 illik fəaliyyəti də yoxlanıla bilər. Digər misala nəzər yetirək. Sahibkarın vergi orqanı ilə bağlı şəxsi ədavəti var. Sahibkar artıq ödəmə edib. Bununla bağlı vergi orqanına müraciət edir. Bu halda vergi orqanı onun 3 illik fəaliyyətini də yoxlaya bilər, 1 illik fəaliyyətini də. Burada boşluq ondan ibarətdir şəxsi münaqişəyə səbəb olsa, səlahiyyət müddət baxımından vergi orqanın əlindədir.  Bu da, vergi ödəyicisində qorxu yaradır ki, 5-10 manata görə, mən niyə ərizə verim ki? Versəm vaxt itkisinə yol verəcəm. Mənim neçə illik fəaliyyətim yoxlanılacaq. Sual ola bilər ki, işini düz qursan, vaxt müddətindən niyə çəkinirsən? Sahibkar işini düz qursa belə, bu bənddə müddət müəyyən olunmalıdır. Misal üçün mən 2018-ci ilin -2019-cu il aralığında 10 manat artıq ödəmə etmişəm. Vergi orqanı da gəlib mənim 2017-ci ildən – 2019-cu ilə kimi fəaliyyətimi niyə yoxlamalıdır? Vergi orqanı üçün burada hədd qoyulmalıdır. Bu halda sui-istifadə halına şərait yaradılmayacaq.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər