15 C
Baku
Saturday, October 19, 2024

AZAL yeni reyslər planlayıbmış, “Boeing 737 MAX 8″də yaranan problemlər buna təsir edib

“Boeing 737 MAX 8” təyyarələri ilə beynəlxalq səviyyədə yaranan problemlər “Azərbaycan Hava Yolları” şirkətinin (AZAL) yeni beynəlxalq reyslərin açılmasına dair planlarına təsir edib, əsasən də Avropa ölkələri və Çin istiqamətinə. Bunu açıqlamasında aviaşirkətin marketinq, ticarət və istehsalat üzrə direktoru Fuad Yusifov bildirib.

“Dünyada “Boeing 737 MAX 8” təyyarələri ilə bağlı hadisələr bir çox aviaşirkətin, o cümlədən AZAL-ın etibarını sarsıtdı. Biz 10 təyyarə sifariş vermişdik və onların çatdırılmasını gözləyirdik. Lakin, təəssüf ki, bu, alınmadı. Proqramımızda Avropa ölkələrinə və Çinə yeni istiqamətlərimiz var idi”, – deyə AZAL-ın rəsmisi qeyd edib.

F. Yusifov onu da əlavə edib ki, bununla belə, AZAL yeni istiqamətlər üzrə aviareyslərin açılmasına dair planlarından imtina etməyib: “Yeni təyyarələr alınan kimi uçuş coğrafiyamızı genişləndirəcəyik”.
F. Yusifovun sözlərinə görə, Roma, Vyana, Amsterdam və digər Avropa şəhərlərinə aviareyslərin açılması planlaşdırılır: “Fikrimcə, sözügedən reyslərin açılması gələn il baş tutacaq”.

ONA

 

Son xəbərlər
Digər xəbərlər