7 C
Baku
Thursday, December 12, 2024

Şirkət səhmlərini yığıb MMC- yə çevrilməyə hazırlaşır

“Continental Construction and İndustrial Co” ASC-nin 95%-dən artıq səhmdarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1 maddəsinin 6-ci bəndinin tələbinə uyğun 25 may 2019-cu il saat 15.00-da, “Continental Construction and İndustrial Co” ASC səhmdarlarının Bakı şəhəri, Binəqədi rayonu, H.Z.Tağıyev küçəsi 25 nömrəli ünvanda növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.


Ümumi yığıncağın gündəliyinə səhmdar cəmiyyətin qoyulmuş investisiyalara uyğun olaraq yeni nizamnamə kapitalının müəyyənləşdirilməsi və təsdiqi, yeni səhmlərin yerləşdirilməsi, minoritar səhmdarların səhmlərinin səhmdar cəmiyyət tərəfindən geri alınması təklifinin müzakirəsi, səhmdar cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevirilməsi məsələsinin müzakirəsi, cari məsələlər daxildir.



Son xəbərlər
Digər xəbərlər