7 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan: Astana prosesinə daha 5 ölkə qoşula bilər

Suriyada münaqişənin nizamlanması üzrə Astana prosesinə daha 5 ölkə qoşula bilər.

Belə bir açıqlama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Türkiyəli lider qeyd edib ki, gələcəkdə Astana prosesinin möhkəmlənməsi üçün İordaniya, İraq, Livan, Almaniya və Çin bura qoşula bilər.

R.T.Ərdoğan həmçinin qeyd edib ki, yaxın vaxtlarda Rusiya, Türkiyə, Fransa və Almaniya liderlərinin Suriya məsələsi ilə bağlı ikinci sammiti baş tuta bilər.

Trend xatırladır ki, Suriyada silahlı münaqişə 2011-ci ildən başlayıb. Münaqişənin nizamlanması üzrə yaradılmış Astana prosesində Rusiya, İran, Türkiyə, Qazaxıstan və Suriya iştirak edir.

Virtual Azərbaycan

Son xəbərlər
Digər xəbərlər