6 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan: İstanbulda bələdiyyə seçkilərinin nəticəsi ləğv edilə bilər

İstanbulda keçirilmiş bələdiyyə seçkilərinin nəticəsi ləğv edilə bilər.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, bunun səbəbi İstanbulda səsvermənin nəticəsinin saxtalaşdırılmasıdır.

R.T.Ərdoğan bildirib ki, yeni seçkilərin keçirilməsi səsvermənin real yekun nəticəsinin əldə olunmasına kömək edəcək.

Xatırladaq ki, bundan əvvəl hakim partiyanın İstanbul bölməsinin rəhbəri Bayram Şenocak İstanbulda seçkilərin nəticələrinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlunun xeyrinə saxtalaşdırılması ilə bağlı dəlillərə malik olduğunu bəyan edib.

Ə.İmamoğlu seçkilərdə 4,159 milyon, AKP-nin namizədi Binəli Yıldırım isə 4,131 səs qazanıb.

Son xəbərlər
Digər xəbərlər