7 C
Baku
Thursday, December 12, 2024

OPEC mart ayında neft hasilatını 30,2 mln. barelə endirib

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri, fevral ayı ilə müqayisədə martda neft istehsalını gündə 30,02 milyon barelə qədər endiriblər.

Neft hasilatını azaltmış ölkələr arasında Səudiyyə Ərəbistanı liderlik edir. O, gündəlik neft hasilatını 324 min barrel azalaraq 9,794 milyon barelə çatdırıb. Krallıq oktyabr ayı ilə müqayisədə mart ayında istehsalını gündə 839 min barel azaldıb. Bu, demək olar ki, müqavilənin 161% yerinə yetirilməsi deməkdir.

İraq fevral ayına nisbətən istehsalını gündə 4,522 milyon barelə endirib. 2018-ci ilin oktyabr ayı ilə müqayisədə, bu, hasilatın 131 milyon barel azaldılması deməkdir. Beləliklə, ölkə öz öhdəliklərinin 93%-ni yerinə yetirmiş olub.  

OPEC + müqaviləsində iştirak etməyən İran, mart ayında neft hasilatını 2.698 milyon barelə qədər azaldıb.

Yeni razılaşmaya qatılan Nigeriya, hasilatı gündə 1,733 milyon barelə qədər artırıb. Bununla yanaşı, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə Nigeriyanın neft hasilatını 5 min barelə qədər azaltmasını da qeyd etmək lazımdır. Bu, razılaşmanın 9%-nin yerinə yetirilməsi deməkdir.  

“İnterfax” hesab edir ki, OPEC məlumatlarına əsasən mart ayında kartel öz öhdəliklərinin 154%-ni yerinə yetirərək, neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən gündə 1,254 milyon barelə qədər azaldıb.

2017-ci il yanvarın 1-dən etibarən, OPEC + təşkilatının 24 ölkəsi neft hasilatını 2016-cı ilin oktyabr ayı səviyyəsində qoruyub saxlayıb və bu, dünyada neft ehtiyatlarının azaldılması və qiymətin sabitləşməsi ilə nəticələnib.

Müqavilənin 2018-ci ilin sonunda başa çatması nəzərdə tutulmuşdu, lakin ABŞ-ın neft bazarındakı uğurları və neft tələbatına dair mənfi proqnozlar, iştirakçıları yeni müqaviləyə imza atmağa sövq edib.

2019-cu il yanvar ayının 1-dən etibarən OPEC ölkələri və dünyanın bu təşkilata daxil olmayan 10 ölkəsi, neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən gündə 1,2 milyon barelə qədər azaldacaq. Ümumilikdə, OPEC ölkələri neft hasilatını gündə 800 min barelə qədər azaltmalı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər