ABŞ-ın büdcə kəsiri 30% azalıb

ABŞ-ın büdcə kəsiri martda 146,945 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,6% azdır.

Büdcənin gəlirləri 8,5% artaraq 228,811 milyard dollar, xərcləri isə 10,4% azalmaqla 375,756 milyard dollar təşkil edib.

ABŞ-da sonuncu dəfə büdcə profisiti 2001-ci ildə qeydə alınıb. 2009-cu ildə isə 1,41 trilyon dollar həcmində profisit olub ki, bu da ölkə tarixində ən yüksək göstərici sayılır.

MənbəFinans.az
Son xəbərlər
Digər xəbərlər