Amerikanın “Newmont Mining” mədən şirkətinin səhmdarları, Kanadanın “Goldcorp” şirkətinin 10 milyard dollara satın alınmasına dair razılıq veriblər. Şirkətin verdiyi məlumata görə, daha əvvəl, 4 aprel tarixində, “Goldcorp” səhmdarlarının 97%-i bu qərarı dəstəkləyib.
“Biz “Newmont” şirkətinin səhmdarlarına bu dəstəyə görə öz minnətdarlığımızı bildiririk”, – amerikan istehsalçı olan Gary Goldberg qeyd edir.
Müqavilə yeni “Newmont Goldcorp” şirkətinin yaradılmasını nəzərdə tutur, onun illik qızıl hasilatı isə təxminən 8 milyon unsiya təşkil edəcəkdir. Hal-hazırda, dünyanın ən böyük qızıl-mədən şirkəti “Barrick Gold” dur. “Randgold Resources” şirkətini satın aldıqdan sonra, onun qızıl istehsalının həcmi 6,6 milyon unsiyaya çatmışdır.
Bu ilin fevral ayının sonunda, “Barrick Gold”, “Newmont Mining” şirkətini “udmağa” cəhd göstərsə də, heç bir nəticə əldə edə bilməmişdir. Qeyd edək ki, “Barrick Gold” qarşı tərəfə18 milyard dollarlıq təklif irəli sürmüşdür.