11 C
Baku
Monday, November 25, 2024

Mediasiya haqqında yeni qanun barədə [bloq yazı]

Mediasiyanın mahiyyəti barədə əvvəlki yazılarımızda izah etdiyimiz üçün bu yazıda birbaşa olaraq 29 mart 2019-cu il tarixli qanunun məzmunundan irəli gələrək bəzi halları izah etməyə çalışacağıq.

Yeni qanuna görə hər bir mülki, iqtisadi, əmək və inzibati mübahisələr mediatorun iştirakı ilə baxıla biləcək. Bununla məhkəmə işlərinin azaldılması, məhkəməyədək mərhələdə barışıq prosesinin daha sistemli şəkildə tənzimlənməsinin şahidi ola biləcəyik.

Hazırda məcburetmə olmasa da, 2020-ci il iyunun 1-dən etibarən mülki, iqtisadi və əmək mübahisələri (inzibati istisna olmaqla) mediator tərəfindən baxılmadan birbaşa məhkəməyə yönəltmək mümkün olmayacaq.

Qanuna görə mediatorlar məhkəmələrin inzibati binalarında ərazi üzrə yerləşən mediatorların siyahıları olan məlumat lövhələri yerləşdiriləcək. Qapalı keçiriləcəyi müəyyən edilən mediasiya prosesi üzrə mediatorun xərcini ödəyən tərəfin məhkəməyə dövlət rüsumunu ödəməkdən azad olunması ilə bağlı yeni qanunvericilik düzəlişləri də gözlənilir.

Azı 25 yaşlı, 3 il iş stajı, ali təhsili və keçirilmiş mediator hazırlığı təlimi nəticəsində sertifikat (2 ildə bir dəfə) almış şəxslər fiziki şəxs mediator ola biləcək.

Mediatorlarla müraciət edən şəxslərin hüquq subyektliyini nəzərdə tutan qanun həm də mediatorların xəbərdarlıq, töhmət və 1-6 ayadək bu fəaliyyəti dayandırma cəzasını müəyyən edir.

Mediasiya xidmətindən istifadə etmək üçün iki tərəfin də qarşılıqlı razılığı nəzərə alınaraq onlarla könüllü müqavilə bağlanacaq. Tərəflər öz sübut və digər sənədlərini təqdim edəcək. Nəticədə barışıq olarsa, barışıq sazişi bağlanacaq. Bu saziş həmçinin məcburedici sənəd sayılacaq. Belə ki, icra sənədi kimi bu saziş də icra edilmədikdə müvafiq məsuliyyətə səbəb olacaq.

Müəllif
Şəhriyar Həbilov

Son xəbərlər
Digər xəbərlər