9 C
Baku
Thursday, December 12, 2024

“AtaBank” ASC depozit qutuları üzrə kampaniyasının son 15 günü ®

14.03.2019 tarixindən AtaBank-ın depozit qutularından istifadə etmək üçün icarə haqqının 50%-ni ödəmək kifayətdir. Kampaniya müddəti ərzində 30 manatlıq seyf 15 manata, 50 manatlıq seyf 25 manata, 70 manatlıq seyf isə 35 manata icarəyə verilir.

Müxtəlif ölçülü depozit qutuları hər bir müştərinin tələbinə cavab verir. İcarə haqqı qutunun ölçüsündən və icarə müddətindən asılı olaraq müəyyən edilir. Depozit seyflərini 1 aydan 1 ilədək icarə etmək mümkündür. Müştərilərin rahatlığı üçün qutular “AtaBank” ASC-nin iki ünvanında təqdim olunur: Baş ofis və “Dostluq” filialı.

Bu qutularda pul vəsaiti, zinət əşyaları, sənəd və qanunla qadağan olunmamış digər dəyərli əşyalar saxlamaq mümkündür.

Xatırlatmaq istərdik ki, seyflər bankın ən yüksək mühafizə sistemi və kompleks açarlarla qorunur.

Bahar kampaniyası çərçivəsində yarı qiymətə təklif olunan depozit qutularından faydalanmağa tələsin. Kampaniyanın bitməsinə son 15 gün qalıb.

Bankın xidmət və kampaniyaları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın yenilənmiş internet səhifəsini ziyarət edə bilərlər – www.atabank.com

Son xəbərlər
Digər xəbərlər