7 C
Baku
Sunday, December 15, 2024

Təyinat. “Azərbaycan Sənaye Sığorta”nın rəhbəri dəyişdi

“Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurası sədri Uğur İbrahim Selçuk vəzifəsindən gedib.

Banker.az-ın bu barədə mənbədən əldə etdiyi məlumata görə, onu bu vəzifədə Doğan Niyazı Tandoğan əvəz edib. D.Tandoğan həmçinin “Azərbaycan Sənaye Bankı”nda İdarə Heyəti sədridir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Sığorta” ASC 1996-cı il tarixində təsis edilmiş, “Cİ Sığorta” MMC-nin təşkilatı-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər