“Bakı Şərab-1” ATSC 2018-ci ili 227,2 mln manatlıq xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə “Bakı Şərab-1” ATSC-nin 31 dekabr 2018-ci il maliyyə hesabatına istinad edir.
Ötən il isə “Bakı Şərab-1” -in xalis mənfəəti 64,13 mln manat təşkil etmişdir. Belə ki, ötən illə müqayisədə hesabat dövrünün əvvəlində “Bakı Şərab-1” ATSC-nin xalis mənfəəti 163,068 mln manat artıb.
Bu xalis mənfəətdən sonra “Bakı Şərab-1” ATSC-nin 276,2 mln manatlıq hazırda balansında 276,2 mln manatlıq bölüşdürülməmiş mənfəət var.
“Bakı Şərab-1” ATSC-nin hesabat dövrünün əvvəlində cəmi aktivləri 14 % artaraq 3 milyard 676 milyon 361 min manat olub. Aktivlərdə ən çox artım isə 1 milyard 402 milyon 147 min manat olmaqla qısamüddətli debitor borclarının payına düşür.
Qeyd edək ki, “Bakı Şərab-1” ATSC-nin 2019-cu ilin əvvəlində cəmi öhdəlikləri 1 milyard 087 milyon 152 min manat təşkil edib. Ötən il isə cəmi öhdəliklər 817,7 mln manat olub. Belə ki, bu il “Bakı Şərab-1” ATSC-nin cəmi öhdəlikləri 33% artıb.