ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” neftin qiymətində kəskin artım tempi gözləmir.
Banka istinadən, “Goldman Sachs” ABŞ-ın İrandan neft alan 8 ölkəyə tətbiq etdiyi güzəştin müddətini artırmayacağını açıqlamasının “qara qızıl”ın qiymətinə təsirlərinin məhdud olacağını nəzərdə tutur.
“Yaxın müddətdə yüksək risklərin olduğunu düşünsək də, ilin ikinci rübündə “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 70-75 dollar səviyyəsində olacağını düşünürük”, – deyə bankın məlumatında bildirilir.