28 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanda 5 ASC-nin səhmdarları toplanır

Azərbaycanda bir neçə ASC-nin səhmdarları toplanır.

“Kəpəz Mehmanxana” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 10 iyun 2019-cu il saat 10.00-da cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Banker.az bildirir ki, Müşahidə şurası tərəfindən gündəliyə  Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi və digər məsələlər verilib.
Səhmdarlar yığıncaqda müzakirə ediləcək sənədlərlə hər həftənin iş günləri saat 13.00-dək cəmiyyətə gəlməklə tanış ola bilərlər.

“Mingəçevir Ağac Emalı” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 10 iyun 2019-cu il saat 15.00-da cəmiyyətin yerləşdiyi binada keçiriləcəkdir.  Yığıncağın gündəliyinə  Cəmiyyətin 2018-ci il maliyyə balansının təsdiqi., Cəmiyyətin yeni direktorunun seçilməsi kimi məsələlər daxil edilib.

25 may 2019-cu il saat 11.00-da “Bakımexanizasiyanəqliyyat” ASC səhmdarlarının növbəti ümumi yığıncağı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 33A nömrəli ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyi  “Bakımexanizasiyanəqliyyat” ASC-nin 2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi və  digər cari məsələlərdən ibarətdir.

“Moskviçtexxidmət”ASC səhmdarlarının növbəti ümumi yığıncağı 8 iyun 2019-cu il saat 10.00-da Bakı şəhəri, Sumqayıt şossesi 4 nömrəli ünvanda keçiriləcəkdir. Gündəlikdəki məsələlər Cəmiyyətin 2018-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında və dividendlərin verilməsi haqqındadır. Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar.

“Xudat Balıq” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 7 iyun 2019-cu il  saat 14.00-da, Xudat şəhəri, Müqtədir qəsəbəsində yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir. Qeyd edək ki, yığıncağın gündəliyinə  “Xudat Balıq”   ASC-nin   2018-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması daxildir.


Səhmdarlar növbəti illik  ümumi  yığıncağın  gündəliyi  üzrə materiallarla  iş  günləri  saat 10 .00-dan 18 .00-dək, səhmdar cəmiyyətin Xudat şəhəri, Müqtədir qəsəbəsində   yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.

 




 

Son xəbərlər
 ⁠
Digər xəbərlər