10 C
Baku
Wednesday, December 11, 2024

“Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

 QƏRAR

 № 1851100002

 Bakı şəhəri                                                                              “08” oktyabr 2018-ci il

 

“Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 569-VQD nömrəli Qanununun tətbiqi və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 aprel tarixli 1336 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti

 

Q Ə R A R A  A L I R:

 

  1. “Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
  2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

İdarə Heyətinin sədri

vəzifəsini icra edən

İbrahim Alışov

 

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar № 1851100002

 

“08” oktyabr 2018-ci il

 

İdarə Heyətinin sədri vəzifəsini icra edən

 

______________________

İbrahim Alışov

 

Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 57-8.2-ci və 57-8.3-cü maddələrinə uyğun olaraq hazırlanmış və körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və körpü bankın fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar Qanunda verilən mənaları ifadə edir.

 

  1. Körpü bankın yaradılması və idarə olunması

 

2.1. Qanunun 57-8.1-ci maddəsinə uyğun olaraq, ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (bundan sonra – Palata) İdarə Heyətinin qərarı ilə körpü bank yaradılır.

2.2. Körpü bankın nizamnaməsi Palatanın İdarə Heyəti tərəfindən təsdiqlənir. Körpü bankın nizamnaməsinə uyğun olaraq müəyyən edilən daxili reqlamenti ən azı aşağıdakıları əhatə etməlidir:

2.2.1. körpü bankın təşkilati-strukturu, bölmələri və bölmələrin funksiyaları, tabeliyi və hesabatlıq qaydaları;

2.2.2. körpü bankın fəaliyyətinin daxili auditi qaydaları.

2.3. Körpü bank təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətidir və yeganə səhmdarı Palata hesab olunur. Körpü bankın adında “körpü bank” sözləri olmalıdır.

2.4. Körpü bankın nizamnamə kapitalı 4000 (dörd min) manat məbləğində olmaqla Palata tərəfindən ödənilir.

2.5. Qanunun 57-8.4-cü maddəsinə uyğun olaraq, körpü bankın idarəetmə orqanının səlahiyyətlərini müvəqqəti inzibatçı həyata keçirir və investora satılana kimi körpü bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur.

2.6. Müvəqqəti inzibatçı aşağıdakı funksiyaları həyata keçirir:

2.6.1. bankın dayanıqlı fəaliyyət göstərməsini təmin edir;

2.6.2. körpü bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması, habelə bankın mənfəətliyinin artırılması istiqamətində tədbirlər görür;

2.6.3. Qanunda müvəqqəti inzibatçı üçün müəyyən edilmiş digər funksiyaları həyata keçirir.

2.7. Qanunun 57-4.2-ci və 57-8.11-ci maddələrinə uyğun olaraq, müvəqqəti inzibatçının fəaliyyətinə aşağıdakı hallarda Palata tərəfindən xitam verilir:

2.7.1. müvəqqəti inzibatçının təyinat müddəti bitdikdə;

2.7.2. Palata tərəfindən müvəqqəti inzibatçının fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə;

2.7.3. körpü bankın məcburi ləğv edilməsinə dair məhkəmə tərəfindən qərar qəbul edildikdə;

2.7.4. körpü bank statusunun itirildiyi gündən 3 (üç) iş günü ərzində Palata müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etdikdə.

 

  1. Körpü banka lisenziyanın verilməsi və ləğv edilməsi

 

3.1. Körpü banka bank lisenziyası aşağıdakı sənədlər əsasında verilir:

3.1.1. körpü bankın yaradılması və müvəqqəti inzibatçının təyin edilməsi haqqında Palatanın İdarə Heyətinin qərarı;

3.1.2. körpü bankın hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin surətləri;

3.1.3. bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

3.2. Palatanın İdarə Heyəti körpü banka bu Qaydaların 3.1-ci bəndinin tələbləri gözlənilməklə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla lisenziya verir. 

3.3. Bu Qaydaların 3.1.2-ci və 3.1.3-cü yarımbəndlərində müəyyən edilən dövlət rüsumlarının ödənilməsi ödəmə qabiliyyətini itirmiş bankın hesabına həyata keçirilir.

3.4. Körpü bank Qanunun 57-8.13-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində satılmadıqda, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı gün Palata körpü bankın bank lisenziyasının ləğvi və məcburi ləğvi üçün müvafiq tədbirlər görür.

 

  1. Körpü bankın səhmlərinin buraxılışı və qeydiyyatı

 

4.1. Körpü bankın yaradılması barədə qərarda onun nizamnamə kapitalını təşkil edən səhmlərinin miqdarı və hər bir səhmin nominal dəyəri müəyyən edilir.

4.2. Körpü bankın səhmlərinin buraxılışı bu Qaydaların 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində göstərilən sənədlər əsasında Palata tərəfindən dövlət qeydiyyatına alınır, bu barədə körpü banka qiymətli kağızların dövlət reyestrindən çıxarış təqdim olunur və körpü bankın səhmlərinin ilkin buraxılışı yerləşdirilmiş hesab edilir.

4.3. Körpü bankın səhmlərinin saxlanması və uçotu Milli Depozit Mərkəzi tərəfindən həyata keçirilir.

 

  1. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka köçürülməsi

 

5.1. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəlikləri körpü banka bank lisenziyasının verilməsi tarixindən sonrakı 3 (üç) iş günü ərzində Palatanın İdarə Heyətinin qərarı ilə köçürülür.

5.2. Ödəmə qabiliyyətini itirmiş bankın müvəqqəti inzibatçısı ilə körpü bankın müvəqqəti inzibatçısı arasında ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka köçürülməsinə dair müqavilə bağlanılır. Müqavilədə ən azı aşağıdakılar öz əksini tapmalıdır:

5.2.1. körpü banka köçürüləcək aktiv və öhdəliklərin siyahısı;

5.2.2. körpü bank tərəfindən ödəmə qabiliyyətini itirmiş bankın insan resurslarından, daşınmaz əmlakından və əsas vəsaitlərindən istifadəyə dair şərtlər.

5.3. Ödəmə qabiliyyətini itirmiş bankdan köçürülən öhdəliklərin ümumi dəyəri körpü banka köçürülən aktivlərin diskontlaşdırılmış dəyəri ilə premiumun cəmindən çox olmamalıdır.

5.4. Ödəmə qabiliyyətini itirmiş bankdan körpü banka öhdəliklər Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəlilik gözlənilməklə köçürülməlidir.

5.5. Ödəmə qabiliyyətini itirmiş bankın aşağıdakı aktivləri istisna olmaqla, digər aktivləri körpü banka köçürülür:

5.5.1. Palatanın normativ xarakterli aktları ilə müəyyən edilmiş qeyri-standart aktivlər;

5.5.2. ödəmə qabiliyyətini itirmiş bankın aidiyyəti şəxslərinə verilmiş kreditlər;

5.5.3. müvəqqəti inzibatçı tərəfindən idarə olunan və ya barəsində məcburi ləğv və ya müflis elan olunmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan banklara verilmiş kreditlər;

5.5.4. balansdankənar maddələr.

 

  1. Körpü bankın fəaliyyəti

 

6.1. Körpü bank fəaliyyətini Palata tərəfindən verilmiş bank lisenziyası əsasında həyata keçirir.

6.2. Qanunun 57-8.2-ci maddəsinə uyğun olaraq, Palata tərəfindən digər banklar üçün müəyyən edilmiş normativlər, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən pul siyasətinin həyata keçirilməsi aləti kimi banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü banka şamil edilmir.

6.3. Körpü bank fəaliyyətini aşağıdakılar nəzərə alınmaqla Qanuna əsasən həyata keçirir:

6.3.1. körpü bank yeni depozitlər üzrə faiz dərəcələrini Palata ilə razılaşdırılmaqla müəyyən edir;

6.3.2. körpü bank sərbəst vəsaitlərini “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda müəyyən olunmuş 0 (sıfır) faizli risk qruplarına aid aktivlərə investisiya edə bilər;

6.3.3. ödəmə qabiliyyətini itirmiş bank tərəfindən müştərilərlə bağlanmış və körpü banka köçürülmüş müqavilələr üzrə kredit öhdəlikləri körpü bank tərəfindən yerinə yetirilə bilər;

6.3.4. körpü bank yeni kreditlər verə bilməz;

6.3.5. körpü bank kreditləri restrukturizasiya edə bilər.

6.4. Palata körpü bankın fəaliyyətinə Qanunun və Palatanın normativ xarakterli aktlarının tələblərinə uyğun olaraq nəzarət edir. Körpü bankın fəaliyyətində nöqsanlar aşkar edildikdə, habelə körpü bankın maliyyə vəziyyəti, o cümlədən aktivlərin keyfiyyəti pisləşdikdə Palata müvəqqəti inzibatçıya bununla əlaqədar tövsiyələr və yazılı şəkildə icrası məcburi göstərişlər verir.

 

  1. Hesabatlılıq

 

7.1. Müvəqqəti inzibatçı körpü bankın fəaliyyətinə dair aylıq əsasda bu Qaydalara 1 saylı əlavədə müəyyən edilmiş sadələşmiş prudensial hesabatı hazırlayır və hesabat tarixindən sonrakı 7 (yeddi) iş günü ərzində Palataya təqdim edir.

7.2. Palata körpü bankdan onun fəaliyyəti ilə əlaqədar əlavə məlumat və hesabatlar tələb edə bilər.

 

 

“Körpü bankın yaradılması, səhmlərinin buraxılışı və qeydiyyatı, körpü banka bank lisenziyasının verilməsinin xüsusi sadələşdirilmiş proseduru və fəaliyyətinin tənzimlənməsi Qaydaları”na Əlavə 1[1]

 

Körpü banka dair sadələşmiş prudensial hesabat

 

Körpü bankın adı: __________________________________________________

Körpü bankın ünvanı: _______________________________________________

Hesabatın əhatə etdiyi dövr: _________________________________________

Hesabatın təqdim edilmə tarixi: _______________________________________

Hesabatı tərtib edən şəxs: ____________________________________________

Soyadı, adı, ata adı: __________________________________________________

Vəzifəsi: ____________________________________________________________

Elektron poçt ünvanı: _________________________________________________

Telefon nömrəsi: _____________________________________________________

Faks nömrəsi: ________________________________________________________

 

1.1. MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

 

 

(min manatla)

Gəlir və xərc maddələri

İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla

Hesabat ayı ərzində, hesabat tarixi də daxil olmaqla

1. Faiz və gəlirlərin bu qəbildən olan növləri

 

 

a) Kreditlər üzrə faizlər

 

 

b) banklara və digər maliyyə institutlarına kreditlər üzrə faizlər

 

 

c) digər faiz gəliri növləri

 

 

2. Faizlər və onlarla bağlı xərclər

 

 

a) fiziki şəxslərin tələbli və müddətli depozitləri

 

 

b) hüquqi şəxslərin tələbli və müddətli depozitləri

 

 

c) Azərbaycan Respublikasının Mərkəzi Bankının kreditləri

 

 

d) digər maliyyə institutlarının depozitləri

 

 

e) faizlərlə bağlı digər xərclər

 

 

3. Xalis faiz gəliri (xərcləri) (sətir 1 çıx sətir 2)

 

 

4. Qeyri-faiz gəlirləri

 

 

o cümlədən, xarici valyutada olan aktiv və öhdəliklərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)

 

 

5. Qeyri-faiz xərcləri

 

 

a) İşçilərlə bağlı xərclər

 

 

1) əmək haqqı xərci

 

 

2) işsizlikdən sığorta fonduna ayırmalar

 

 

3) digər xərcləri

 

 

b) Sığorta xərcləri

 

 

c) Mühafizə xərcləri

 

 

d) Məsləhət, audit və digər peşəkar xidmətlər üzrə xərclər

 

 

e) Hüquq və məhkəmə xərcləri

 

 

f) Kommunal xidmətlər üzrə xərclər

 

 

k) Rabitə xərcləri

 

 

l) Mal-material və mətbəə xərci

 

 

n) Amortizasiya xərci

 

 

o) Əsas vəsaitlərin cari təmir və saxlanma xərci

 

 

u) İcarə xərcləri

 

 

v) Vergi xərci

 

 

g) Digər inzibati xərclər

 

 

6. Xalis mənfəət (zərər) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)

 

 

 

 

1.2. BALANS HESABATI

A. AKTİVLƏR

(min manatla)

Aktivlərin   maddələri

Cəmi

Xarici valyutada (2-ci sütundan)

1

2

3

1. Nağd vəsaitlər

 

 

2. Mərkəzi Bankda müxbir hesablar üzrə vəsaitlər

 

 

3. “Nostro” hesabları (başqa banklardakı müxbir hesabları)

 

 

4. Banklar da daxil olmaqla, maliyyə institutlarındakı depozitlər (xalis)

 

 

5. Qiymətli kağızlar

 

 

6. Banklar da daxil olmaqla, maliyyə institutlarına kreditlər

 

 

6.1  xalis kreditlər

 

 

7. Müştərilərə verilən kreditlər

 

 

7.1 kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat

 

 

7.1 xalis kreditlər

 

 

8. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər

 

 

9. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər

 

 

10. Digər aktivlər (məqsədli ehtiyatlar çıxılmaqla)

 

 

a) o cümlədən, hesablanmış faizlər

 

 

11. Cəmi aktivlər

 

 

 

 

 

B. ÖHDƏLİKLƏR

(min manatla)

Öhdəliklərin maddələri

Cəmi

Xarici valyutada (2-ci sütundan)

1

2

3

1. Depozitlər (maliyyə institutları istisna olmaqla)

 

 

1.1.  Fiziki şəxslərin depozitləri

 

 

1.1.1.         müddətli

 

 

1.1.2.         tələbli

 

 

1.2. Hüquqi şəxslərin depozitləri

 

 

1.1.1.         müddətli

 

 

1.1.2.         tələbli

 

 

2. Mərkəzi Bankın banka qarşı tələbləri

 

 

3. Digər bankların tələbləri (“Loro” hesabları)

 

 

4. Maliyyə institutlarının depozitləri

 

 

5. Bankların kreditləri

 

 

6. Digər maliyyə institutlarının kreditləri

 

 

7. Banklar tərəfindən buraxılmış qiymətli kağızlar

 

 

8. Digər passivlər, o cümlədən,

 

 

8.1 Hesablanmış ödəniləsi faizlər

 

 

8.2 Hesablanmış ödəniləsi vergilər

 

 

8.3 Sair digər passivlər

 

 

9. Cəmi öhdəliklər

 

 

 

 

 

C. KAPİTAL

 

 

(min manatla) 

C. KAPİTAL

Cəmi

Xarici valyutada (2-ci sütundan)

1

2

3

1.Səhmdar kapitalı

 

 

2. Cari ilin mənfəəti və ya zərəri

 

 

3. Yenidənqiymətləndirmə

 

 

4. Cəmi kapital

 

 

    Cəmi öhdəliklər və kapital

 

 

 

1.3. KREDİT PORTFELİ VƏ ÖDƏNİŞLƏR BARƏDƏ HESABAT

 

 

 

 

 

 

 

  (min manatla)

 

Kreditlərin  bölgüsü

Hesabat dövrünün əvvəlinə

Ay ərzində ödənişlər

Hesabat tarixinə

 

Kredit sayı

Kreditin qalığı

Faiz qalığı

Kredit ödənişi

Faiz ödənişi

Kredit sayı

Kreditin qalığı

Faiz qalığı

 

1.Borcalanın növü üzrə

 

 

 

 

 

 

 

 

 

Fiziki şəxslər                            

 

 

 

 

 

 

 

 

 

Hüquqi şəxslər                      

 

 

 

 

 

 

 

 

 

2.Valyutalar üzrə

 

 

 

 

 

 

 

 

 

Azərbaycan manatı               

 

 

 

 

 

 

 

 

 

ABŞ dolları                     

 

 

 

 

 

 

 

 

 

Avro                                    

 

 

 

 

 

 

 

 

 

Digər                                    

 

 

 

 

 

 

 

 

 

3.İpoteka (girov) təminatı üzrə

 

 

 

 

 

 

 

 

 

Daşınmaz əmlak

 

 

 

 

 

 

 

 

 

Daşınar əmlak

 

 

 

 

 

 

 

 

 

Səhmlər

 

 

 

 

 

 

 

 

 

Qiymətli metallar

 

 

 

 

 

 

 

 

 

Depozit

 

 

 

 

 

 

 

 

 

Təminatsız

 

 

 

 

 

 

 

 

 

 4.Qalıq üzrə

 

 

 

 

 

 

 

 

 

 < 1000

 

 

 

 

 

 

 

 

 

 1001 – 3000

 

 

 

 

 

 

 

 

 

 3001 – 5000

 

 

 

 

 

 

 

 

 

 5001 – 10000

 

 

 

 

 

 

 

 

 

 10001 – 50000

 

 

 

 

 

 

 

 

 

 50001 – 100000

 

 

 

 

 

 

 

 

 

 100001 – 500000

 

 

 

 

 

 

 

 

 

 500000 < 

 

 

 

 

 

 

 

 

 

 5.Təsnifləşdirmə kateqoriyaları üzrə

 

 

 

 

 

 

 

 

 

Qənaətbəxş

 

 

 

 

 

 

 

 

 

Nəzarət altında olan 

 

 

 

 

 

 

 

 

 

Qeyri-qənaətbəxş                 

 

 

 

 

 

 

 

 

 

Təhlükəli                                

 

 

 

 

 

 

 

 

 

Ümidsiz                                 

 

 

 

 

 

 

 

 

 

6.Kredit resursunun mənbəyi üzrə

 

 

 

 

 

 

 

 

 

Bankın vəsaiti

 

 

 

 

 

 

 

 

 

SİF[1]

 

 

 

 

 

 

 

 

 

AKİA[2]

 

 

 

 

 

 

 

 

 

Fond[3]

 

 

 

 

 

 

 

 

 

Digər

 

 

 

 

 

 

 

 

 

7.Restrukturizasiya olunmuş kreditlər üzrə

 

 

 

 

 

 

 

 

 

                                 

 

 

 

1.4. 10 ƏN İRİ KREDİT TƏLƏBLƏRİ və 10 ƏN İRİ ÖDƏNİŞ BARƏDƏ HESABAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 (min manatla)

Borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun adı

İlkin müqavilə ilə borcun verilmə (öhdəliyin götürülmə)

tarixi

Son müqavilə ilə borcun (öhdəliyin) qaytarılma tarixi

Hesabat dövrünün əvvəlinə ödənilməmiş kredit tələbi

Hesabat dövrünün əvvəlinə ödənilməmiş kredit tələbi üzrə hesablanmış faizlər

Ay ərzində əsas borc üzrə ödənişlər

Ay ərzində faiz borcu üzrə ödənişlər

Hesabat tarixinə ödənilməmiş kredit tələbi

Hesabat tarixinə ödənilməmiş kredit tələbi üzrə hesablanmış faizlər

Təminatın məbləği

Təminatın növü

Rrestrukturizasiya faktı

(0-edilməyib, 1-edilib)

 

10 ƏN İRİ KREDİTİN SİYAHISI

 

 

 

 

 

 

 

 

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

 

..

 

 

 

 

 

 

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

10 ƏN İRİ ÖDƏNİŞ EDİLMİŞ KREDİTİN SİYAHISI

 

 

 

 

 

 

 

 

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

 

 

..

 

 

 

 

 

 

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.5. ÖHDƏLİKLƏRİN İCRASI ÜZRƏ HESABAT

 
 

 

 

 

 

 

 

 

 

 

(min manatla)

 

Müştərinin adı

Öhdəliyin yaranma tarixi

Öhdə-liyin müddəti-nin bitmə  tarixi

Hesabat dövrünün əvvəlinə öhdəliyin  məbləği

Hesabat dövrünün əvvəlinə öhdəlik  üzrə hesablan-mış faizlər

Ay ərzində öhdəlik üzrə əsas borc ödəmələri

Ay ərzində öhdəlik üzrə faiz ödəmələri

Hesabat tarixinə öhdəliyin  məbləği

Hesabat tarixinə öhdəlik  üzrə hesablanmış faizlər

 

 

CƏMİ ÖHDƏLİKLƏR

 

 

 

 

 

 

 

 

 

 

o cümlədən, 10 iri öhdəliklər üzrə məlumatlar

 

 

 

 

 

 

 

 

 

1

 

 

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

 

 

.

 

 

 

 

 

 

 

 

 

 

10

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər