ABŞ Dövlət Departamentində güman edirlər ki, Çin Venesuelaprezidenti Nikolas Maduro hökumətini maliyyələşdirir.
Dövlət Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus fikirlərini belə ifadə edib.
“Çinin sözdə qarışmama fəaliyyəti Venesuela hakimiyyətini təxminən 60 milyard dollar məbləğində zənginləşdirib”, – deyə o, özünün “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, bu ilin 21 yanvarında Venesuelada hazırkı prezident Nikolas Maduroya qarşı kütləvi etirazlar başlayıb. Bundan az sonra müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Başda ABŞ olmaqla, bir sıra Qərb ölkələri onun namizədliyini dəstəkləyib. Ancaq Rusiya, Çin və bir sıra başqa ölkələr dövlət başçısı Maduroya dəstək veriblər.