2019-ci ilin I rübünün yekunlarına əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım nümayiş etdirib.
Belə ki, Bankın aktivləri 2018-ci ilin sonuna olan göstəricilərlə müqayisədə 206.18 mln manat və yaxud 10,27 % artaraq 2 214.35 mln manat təşkil edib.
Bankın kredit portfelində müştərilərə verilən kreditlərin həcmi I rüb ərzində 75.84 mln manat və yaxud 5,49% artaraq 1 458.45 mln manat təşkil edib. Bu nəticə ölkənin özəl bankları arasında ən yüksək göstəricilərdən biridir.
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi birinci rüb ərzində 181.4 mln manat və yaxud 14,4% artaraq 1 440.81 mln manata çatıb. Bank rübü 8.95 mln manat mənfəətlə (vergilər ödənilənədək) başa vurub ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricini 19% üstələyir.
Cari ilin ilk rübündə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri ilə Xalq Bank ölkənin maliyyə sektorunda lider banklardan biri olaraq öz mövqeyini möhkəmləndirmişdir. Bu uğurlar Bankın loyal müştərilərinin, peşəkar əməkdaş komandasının, düşünülmüş və effektiv idarəetmə siyasətinin nəticəsidir.