13 C
Baku
Saturday, November 23, 2024

Treyderlərin səhvi nə ilə nəticələnə bilər?

Heç birimiz səhvlərdən sığortalanmamışıq. Bu səbəbdən də hətta ən təcrübəli treyderlər belə öz ticarət gedişlərində çox ciddi xətalara yol verə bilərlər. Hətta ən ağlagəlməz kiçik bir səhv gözləmədiyiniz hadisələrə gətirib çıxara bilər. Bir çox treyderlər texniki səbəblərdən iri həcmli zərərlə üzləşmiş, şirkətlər isə milyard dollarlar itirmişlər.

Bu yaxınlarda Tokio fond bazarında yeni dünya rekorduna imza atılmışdır. «Mizuho Securities» şirkətində işləyən treyder dünyaca məşhur «J-Com» şirkətinin 1 səhmini satmaq qərarına gəlir. Lakin bu zaman o səhvə yol verir. O şirkətin 610 min səhmini cəmi 1 yenə reallaşdırmaq əmrini verir. Səhv elə anındaca aşkar edilsə də, sistem müqaviləni tez bir şəkildə ləğv edə bilmir. Bu səhvin nəticəsi olaraq «Mizuho Securities» şirkəti 321 milyon ABŞ dolları itirir. Bu zaman həmçinin yapon “Nikkei” birja indeksinin qəfil enməsi də müşahidə edilir. Treyderin bu səhvinin nəticəsi olaraq qalmaqal yaşanır, birja rəhbəri işdən azad edilir, məhkəmə iddiaları yaranır və ticarətin qaydalarına yenidən baxmaq cəhdləri edilir.

Başqa bir misal: Bu ilin sentyabr ayında «J. P. Morgan Securities Japan» şirkətinin treyderi təsadüfən satmaq istədiyi səhmlərin yerinə tamamilə başqa səhmləri satır. O bunun fərqinə vardıqda satdığı səhmləri geri alır. Lakin bu dəfə daha yüksək bir məbləğə. O bu səhv müqavilə nəticəsində 50 milyon amerikan dolları itirmişdi.

«UBS Warburg» şirkətinin treyderi də təsadüfi xətaya yol vermişdi. O ilk olaraq 6 yen dəyərində olan 610 min səhmi satışa çıxarmaq barədə əmr verir. Daha sonra isə 16 səhmi 600 min yenə satmaq istəyir. Hazırki əməliyyatda onun üzləşdiyi zərər 71 milyon britaniya funtuna bərabər idi.

Bəzən yol verilən səhvlər rəqəmlərdə deyil, valyutada da olur. 2002-ci ilin noyabr ayında broker məşhur «Ryanair» şirkətinin səhmlərini satarkən avro ilə funtu səhv salmışdı.

Bunun nəticəsi olaraq Londonun fond birjası 61 faiz yüksəlmişdi.

Son xəbərlər
Digər xəbərlər