6 C
Baku
Sunday, December 28, 2025

Azərbaycanda kredit faizləri düşə bilər – Baş bankirdən açıqlama

“Yeni büdcə qaydalarına keçid bizə imkan verir ki, Mərkəzi Bankın qəbul etdiyi uçot dərəcəsinin faizi ölkədə kredit və əmanət faizlərinə təsir etsin”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov press-konfransda deyib.

Baş bankir Rüstəmov sistemə tam keçidi cari ilin ikinci yarısından sonra baş tutacağını deyir.

“Hazırda biz buna keçid prosesindəyik. Ölkədə makroiqtisadi stabillik, fiskal dominantlığın olmaması, həmçinin bütövlükdə monetar siyasətdə inflyasiyaya təsir edən xarici və daxili faktorların olmaması bu sistemə keçidi asanlaşdırır”.

AMB sədri qeyd edib ki, Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ölkədə olan bütün (həm əmanətlər üzrə, həm də kreditlər üzrə) faiz göstəricilərinə təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər