6 C
Baku
Sunday, December 28, 2025

AMB sədri: “Kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi artıq gündəmdən çıxıb”

“Azərbaycanda kredit faizlərinə məhdudiyyət qoyulması məsələsi ən yüksək səviyyədə müzakirə edilib və artıq gündəmdən çıxıb. Bizim bu məsələyə münasibətimiz əvvəlcədən mənfi olub”.

Banker.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib. O, bunu kredit faizlərinə məhdudiyyət qoyulması məsələsinə aydınlıq gətirərkən deyib.

O, ölkədə kredit faizlərinə məhdudiyyət qoyulması ilə bağlı hazırlanmış qanun layihəsinə münasibət bildirərkən belə danışıb.

Rüstəmov qeyd olunan qanun layihəsini ölkə prezidentinin elan etdiyi islahatlara və bazar iqtisadiyyatına zidd adlandırıb.

Mərkəzi Bank rəhbərinin dediyinə görə, bu təcrübədən aşağı gəlirli ölkələr istifadə edir.

O vurğulayıb ki, kredit faizlərinə hədd müəyyən edilməsi iqtisadiyyatın qeyri-bazar üsulları ilə tənzimlənməsinə, maliyyə sektoru ilə real sektor arasında əlaqələrə zərbə vurulmasına gətirib çıxara bilər.

Son xəbərlər
Digər xəbərlər