Dünya bazarlarında neftin qiyməti düşüb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8:50 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti $0.36 yəni, 0,57% ucuzlaşaraq $62.94 səviyəsində qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri $0,38, yəni, 0,53% ucuzlaşaraq $71,77 dəyərində təklif olunub. 4 gün ərzində isə bu $3-dən çox ucuzlaşmadır.