“PAŞA Bank” ASC-nin İdarə Heyəti sədri Taleh Kazımov nüfuzlu “EMEA Finance” beynəlxalq iqtisadi nəşri tərəfindən MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə “Ən Yaxşı CEO” adına layiq görülüb.
Banker.az xəbər verir ki, bu barədə “PAŞA Bank”dan bildirilir.
Avropanın bir sıra tanınmış banklarının idarə heyəti üzvlərinə verilən bu mükafat ilk dəfə Azərbaycan bankının sədrinə təqdim olunub.
Avropa Bankçılığı Mükafatlarının qaliblərinin seçilməsi prosesində müxtəlif nominasiyalarda Raiffeisen Bank, UniCredit, Societe Generale, Barclays və s. kimi dünyanın qabaqcıl banklarına mükafatlar verilib, mükafatlar davamlı inkişafı göstərən və öz biznesinin inkişafında texnoloji yenilikləri daim tətbiq edən maliyyə qurumlarına və rəhbərlərinə təqdim edilir.