7 C
Baku
Tuesday, December 3, 2024

Unibank-ın dəstəyi ilə Rio-de-Janeyroya gedəcək 4 intellektual gənc axtarılır

Bakıda artıq ikinci ildir ki, səyahətçiləri intellektual suallarla sınaqdan keçirib, sonda qalib komandanı 4 üzvü ilə birgə fərqli ölkələrə səyahətə göndərən “Traveler’s Mind” intellektual oyunu keçirilir.

Emosiyaları yüksəldən, ürək döyüntülərini artıran və ən çox gözlənilən intellektual oyun olan “Traveler’s Mind Rio edition” bu il 26 may tarixində Holiday Inn mehmanxanasında “Unibank”ın Baş Sponsorluğu ilə keçiriləcək. 200 beynin 50 komanda daxilində döyüşdüyü fırtınada qalib komanda tam heyət ilə Rio de Janeyroya gediş-gəliş bileti hədiyyə qazanacaq.

Tədbirin təşkilatçısı “Vizam.az”-ın yanaşmasına əsasən, bu oyun coğrafiya kitablarının üzünə baxmayan, Manchester United oyunlarını TV-də deyil “Old Trafford”da izləməyi, pizzanı Bakıda deyil, Napolidə yeməyi, matador yarışlarını Las Ventasda izləməyi xəyal etməyənlər, “Into the wild”, “7 years in Tibet” kimi filmlərə baxmayanlar, Jül Vernin bircə kitabını da olsa oxumayanlar üçün deyil.

Qeyd edək ki, 2018-ci ildə keçirilən “Traveler’s Mind” tədbirinin ilkin buraxılışında qalib komanda tam heyət ilə Bakı-Praqa-Bakı bileti əldə etmişdi.

“UniMiles”ın Baş Sponsorluğu, “Vizam.az”-ın təşkilatçılığı ilə keçirilən “Traveler’s  Mind Rio edition” tədbirinə digər rəng qatan şirkətlər arasında “Vitam” və “Brandup” şirkətləri də var.

Rio de Janeyro xəyallarınızı gerçəkləşdirmək üçün elə indi qeydiyyatdan keçin: https://bit.ly/2CHqnVs

 

Son xəbərlər
Digər xəbərlər