Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna edilən dəyişikliklər “Əmək pensiyaları haqqında” qanunu Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncama uyğunlaşdırmaq məqsədi daşıyır. Başqa sözlə, sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində və müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi əksini tapıb.
Dövlət başçısı 15 aprel 2019-cu il tarixdə “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında müvafiq fərmanlar imzalayıb.
Bu kateqoriyalar üçün Prezident fərmanları ilə yeni Prezident təqaüdlərinin təsis edilməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunda əmək pensiyasının sığorta hissəsinə əlavələrin hesablanmasında dəyişikliklər ediləcək. Layihəyə əsasən, I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavələrin hesablanmasını nəzərdə tutan maddələr ləğv edilib.
Bu Qanun 2019-cu il aprelin 1-dən tətbiq edilir.