2 C
Baku
Sunday, December 15, 2024

“Sığorta fəaliyyəti haqqında” qanunda dəyşiklik edilib

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Prezident İlham Əliyev qanunu təsdiqləyib.

Sənəddə deyilir,

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda  aşağıdakı dəyişikliklər edilsin:

1. 119.1.4-1-ci maddəyə “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri və “kreditorların” sözündən sonra “bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş” sözləri əlavə edilsin.

(119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri;)

2. 119.3-cü maddə üzrə:

2.1. “əmlakının” sözündən sonra “ipoteka və ya” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.”.

Son xəbərlər
Digər xəbərlər