2019-cu ilin birinci rübündə Rusiyanın Mərkəzi Bankı, ABŞ dollarından asılılığın azaldılması fonunda qızıl alışına görə liderlik edir. Bu məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında qeyd edilib.
Banker.az xəbər verir ki, ölkələr birinci rübdə öz qızıl ehtiyatlarını 145,5 ton artırıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 68% çoxdur.
Ümumdünya Qızıl Şurasının verdiyi məlumata görə, Rusiya 2019-cu ilin birinci rübündə 55,3 ton qızıl alıb. Ölkənin qızıl ehtiyatlarının ümumi həcmi 2168 tondan çoxdur (bütün dünya ölkələrinin qızıl ehtiyatlarının 19%-i). 2018-ci ildə Rusiya 274,3 ton qızıl alıb.
Qeyd edildiyi kimi, əsas alıcılar Qazaxıstan, Türkiyə və Hindistan ölkələri olmuşdur. Çin, Ekvador, Qatar və Kolumbiya da öz qızıl ehtiyatlarını artırıblar.