9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda bu şəxslərin ali təhsil xərci dövlət hesabına ödəniləcək

Azərbaycanda I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi dövlət hesabına olacaq.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün, 3 may 2019-cu il tarixdə sərəncam imzalayıb.

“Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin”, – deyə sərəncamda deyilir.

Son xəbərlər
Digər xəbərlər