Bu ilin yanvar-mart aylarında Qiymətli kağızların dövlət qeydiyyatı üzrə cəmi 4,428 mln manatlıq əməliyyat aparılıb. Ötən ilin müvafiq dövrüylə müqayisədə bu il 8,8% artım müşahidə olunur.
Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinad edir.
Səhmlərin ümumilikdə qeydiyyat məbləği ötən ilin analoji dövrüylə müqayisədə 98% azalaraq 8,4 mln manat təşkil edib. Qeyd edək ki, 2018-ci ilin ilk rübündə bu göstərici 457 mln manat olub. Səhmlər üzrə kredit qeydiyyat məbləği 2,5 mln manat, digər təşkilatların isə qeydiyyat məbləği isə 5,9 mln manat təşkil edib.
Bildirək ki, korporativ istiqrazlar üzrə qeydiyyat məbləği 20 mln manat olub ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 43% artım deməkdir.
2019-cu ilin ilk rübündə Dövlət qiymətli kağızlar üzrə qeydiyyat məbləği 35% artaraq 4,400 mln manat olub. Bu məbləğin 700 mln manatı dövlət istiqrazlarına, 3,700 mln manatı isə Mərkəzi Bankın notlarına ayrılıb. Onu da qeyd edək ki, dövlət istiqrazlarında ötən illə müqayisədə 22% azalma, Mərkəzi Bankın notları üzrə qeydiyyat məbləğində isə 57,4% artım müşahidə olunur.