20 C
Baku
Sunday, October 6, 2024

WSJ jurnalistləri təsadüfi səhmlər portfelini topladılar və ildə 17,3% qazandılar

“The Wall Street Journal” (WSJ) jurnalistləri illik eksperimentin nəticələrindən bəhs ediblər: 2018-ci ilin aprel ayında onlar divarda asılmış qiymətli kağızlara drotikləri ataraq, təsadüfi səhmləri portfelini toplayıblar. Bir il sonra portfel üzrə orta gəlir 17,3% artıb.

Banker.az xəbər verir ki, jurnalistlər səkkiz səhm satın almaq üçün, iksini isə satmaq üçün seçiblər. Ən yaxşı nəticəni “Paychex” mühasibat xidməti (səhmlərin artımı 41%), ən pis nəticə isə “Barret Business Services” xidməti göstərib (-12,3%).

Jurnalistlər nəticələrini Nyu-Yorkda keçirilmiş illik konfransda fondun menecerləri investisiya təklifi kimi təqdim etdiyi səhmlərin orta gəlirliliyi ilə müqayisə ediblər. İl ərzində onların portfeli üzrə gəlirlilik mənfi 9,7% təşkil edib. Təsadüfi olaraq seçilmiş qiymətli kağızlar, dəqiqliklə seçilən kağızları 27 punkt üzrə ötüb keçiblər.

WSJ qeyd edir ki, “S&P 500” indeksi 2018-ci il 23 aprel tarixindən 2019-cu il 22 aprel tarixinə qədər 11,1% artıb. Professional investorların portfelinin indeksi 20,8 punkt üzrə geriləyib. Eyni zamanda, hesablamalarda “hedge-fond” ların götürdüyü müvəffəqiyyət haqları nəzərə alınmayıb: standart – müvafiq olaraq 2% və 20%.

2008-ci ildə “Finans” jurnalının redaksiyası belə bir eksperiment keçirmək istəyib: kim daha çox qazanır  – investisiya fondunun idarəçiləri, yoxsa meymun. Meymun dəyəri təxminən 26 000 AZN olan “portfel” toplamışdı. 2018-ci ildə bu portfelin dəyəri 195 000 AZN qədər artdı. Jurnalistlərin seçdiyi mütəxəssislərin nəticələri isə daha aşağı olub.

 

Son xəbərlər
Digər xəbərlər