24 C
Baku
Sunday, October 6, 2024

Banklar təkcə 1 aya 75 mln. manatlıq xalis mənfəət etdi

Ötən ilin yanvar-mart aylarında  55,9 milyon manat zərər etmiş Azərbaycannın bank sektoru bu ilin eyni dövründə 123.9 milyon manat xalis mənfəətlə başa vurub.

Bununla yanaşı təkcə mart ayı ərzində 75 milyon manata yaxın xalis mənfəət ediblər. 

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 mart 2019-cu il tarixinə olan bank icmalında deyilir.

Banklar ilin ilk 3 ayında 483.2 milyon manat cəmi faiz gəlir əldə ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13% artım olması deməkdir.

Cəmi faizləri ilk rübdə 140,7 milyon manat, qeyri-faiz gəlirləri 145.2 milyon manat, qeyri-faiz xərcləri isə 248.9 milyon manat olub ki, nəticədə banklar 179.1 milyon manatlıq əməliyyat mənfəəti edə biliblər.

Son xəbərlər
Digər xəbərlər