2 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın Maliyyə Nazirliyi valyuta bazarına müdaxiləni davam etdirir

Rusiyanın Maliyyə Nazirliyi büdcə qaydalarına uyğun olaraq, mayın 14-dən 6-na qədərki 18 iş günü ərzində hər gün bazardan 16,7 milyard rubl (təxminən 257 milyon ABŞ dolları) dəyərində xarici valyuta alacaq.

Son nəticədə qurum valyuta bazarına 300,5 milyard rublluq (təxminən 4,6 milyard dollar) müdaxilə edəcək. Məqsəd neftin satışından əldə olunan əlavə gəlirləri toplamaqdır.

Xatırladaq ki, Maliyyə Nazirliyin aprelin 5-dən mayın 13-nə qədər davam edən dövvrdə təxminən 255 milyard rubl (təxminən 3,9 milyard dolalr) dəyərində xarici valyutanı dövriyyədən çıxarmağı planlaşdırır.

Ən son məlumatlara görə, Rusiyanın valyuta ehtiyatları 491,6 milyard dollardır.

Report Agentliyi

Son xəbərlər
Digər xəbərlər