6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Yol Polisi: “Satılır” sözünə görə avtomobil sahibləri cərimələnə bilməz

“Kimsə avtomobilini satırsa, avtomobilin üzərində “satılır” sözü yazıb, telefon nömrəsini də qoyursa, ona görə avtomobilin sahibi heç bir məsuliyyətə cəlb oluna bilməz”.

Bunu açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.

K.Əliyev avtomobilin hansısa təşkilata, şirkətə məxsusluğunu bildirən loqo vurulubsa, bu da reklam sayıla və cərimə tətbiq edilə bilməz.

Qeyd edək ki, son günlər bir sıra KİV-lərdə K.Əliyevin adından avtomobillərin üzərində “satılır” sözü yazılmasının reklam qanunvericiliyini pozduğunu, buna görə avtomobil sahiblərinin cərimələnəcəyi barədə məlumat yayılıb. Bildirilib ki, bu halda İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.

ONA

Son xəbərlər
Digər xəbərlər