10 C
Baku
Thursday, December 12, 2024

Böyük Britaniyada əcnəbilər üçün miqrasiya kartları ləğv edilib

Böyük Britaniya hökuməti daha əvvəl Avropa İqtisadi Zonasına daxil olmayan ölkələrdən gələn bütün əcnəbilər üçün doldurulması icbari olan miqrasiya kartlarından (landing cards) imtina etmək qərarına gəlib.

Report Agentliyi “Kommersant”a istinadən xəbər verir ki, əcnəbilər həmçinin sərhəddə avtomatik buraxılış məntəqələrindən istifadə edə və biometrik pasportlar və uzaqdan üz tanıma ilə nəzarətdən keçəcəklər.

Sərhəd Xidmətinin direktoru Pol Linkoln tabeliyindəki işçilərə ünvanladığı məktubda mayın 20-də qüvvəyə minəcək bu dəyişikliklərin əcnəbilərin sayının artması ilə bağlı problemin həllinə kömək edəcəyini bildirib.

Eyni zamanda, Britaniyanın həmkarlar ittifaqları ölkəyə gələn xaricilərin qeydiyyatı üzrə yeni texnologiya tətbiq edilənədək miqrasiya kartlarının ləğvi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər. Onlar bunun Daxili İşlər Nazirliyinin işçi miqrantların axını üzərindəki nəzarəti itirməsinə səbəb ola biləcəyindən ehtiyatlanırlar.

Son xəbərlər
Digər xəbərlər