Azərbaycanda yeni “Financial Advisors Co” adlı Qapalı Səhmdar Cəmiyyət yaradılır. Bu şirkətin təmsilçisi Hacıyev Nazim Kərəm oğludur.
Banker.az-a daxil olan məlumata görə, “Financial Advisors Co”-nun kapitalı 2000 manatdır. Səhmdar Cəmiyyət Bakı şəhəri, Səbail rayonu, Nizami ev 96 E ünvanında yerləşəcək.
Bildirək ki, “Financial Advisors Co” 1974-cü ildə Kuveytde yaradılmış səhmdar cəmiyyətdir. 1987-ci ildən bəri Küveyt Fond Birjasında və 2005-ci ildən bu günədək isə Dubay Fond Bazarında siyahıya alınıb. Bu şirkətin fəaliyyətinə aktivlərin idarə edilməsi, korporativ maliyyə, məsləhət xidmətləri,yerli və beynəlxalq qiymətli kağızlarla ticarət, eləcə də onların törəmə müəssisəsi olan “İFA Hotels&Resorts” şirkəti tərəfindən həyata keçirilən mehmanxana və kurortların inkişafı daxildir.