6 C
Baku
Sunday, December 15, 2024

Problemli kreditlərlə bağlı: Zaminlikdən imtina edə bilərsiniz, buna görə banklar güzəştdən imtina edə bilməzlər

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, banklar artıq manat valyutasında olan problemli kreditlərin restrukturizasiyasına başlayıb.

Restrukturizasiya zamanı 17 min manatadək 365 gün gecikməsi olan kredit sahibləri ilə güzəşt nəzərə alınaraq yeni kredit müqaviləsi bağlanacaq. Həmin kreditlərə faiz və cərimə, eləcə də dəbbə pulunun silinməsi, əsas məbləğin isə 5 illik kredit formasında həmin kredit sahibinə yeni kredit kimi təklif edilməsi nəzərdə tutulur. Burada kredit ödənişləri birinci il faizsiz, növbəti dörd ildə isə 1% faiz ilə hesablanacaq.

Bu prosesdə problemli manat kreditlərində zamin olan şəxsləri bir sual maraqlandırır. Bəs həmin şəxslər güzəştli şərtlərlə bağlanılmış yeni müqavilədə də mütləq zamin olmalıdırlarmı?

Sualımızı cavablandıran hüquqşünas-ekspert Əkrəm Həsənov bildirdi ki, heç kəs zamini məcbur edə bilməz ki, o, yenidən dayansın:

5ac28bd4714cf3c01ca6c51c6d78d11d 160

Hüquqşünas-ekspert Əkrəm Həsənov

Yəni, zamin restrukturizasiya şərtləri ilə yenidən zamin olmaqdan tam imtina edə bilər. Bankların isə bununla bağlı edəcəkləri bir şey yoxdur. Sırf buna görə banklar güzəştdən imtina edə bilməzlər

Son xəbərlər
Digər xəbərlər