“Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair “Boeing” Korporasiyası ilə müqavilə üzrə danışıqlar davam etdirilir. İmzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.
Bu barədə “Azərbaycan Hava Yolları” “QSC-nin (AZAL) yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, müqavilə üzrə ilkin ödənişlər artıq olunub.
“Bu ödənişlər 2024-cü ildə “Boeing” Korporasiyası tərəfindən nəzərə alınacaq. Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır.
⠀⠀
Hələlik isə, “Azərbaycan Hava Yolları” mövcud təyyarə parkından aktiv istifadə edəcək”.
⠀⠀
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” – təyyarələrindən istifadə edir.
Azvision