San Jose Mercury News jurnalistləri Silicon Valley 150 reytinqini təşkil etmişlər. Reytinq təşkil edilərkən şirkətlərin ABŞ birjalarına və Qiymətli kağızlar komitəsinə göndərdikləri maliyyə məlumatları əsas götürülmüşdür. Qeyd edək ki, reytinqdə şirkətlərin keçən ilki maliyyə göstəriciləri təqdim edilmişdir.
1. APPLE
Apple ABŞ-ın ən yüksək gəlirli texnoloji şirkətləri siyahısında birinci yerdədir. 2013-cü ildə şirkətin gəliri 174 milyard dollar təşkil edirdi. Bu da bir il əvvəlki göstəricilərdən 6% çox idi. Kaliforniya nəhənginin mənfəəti 21% yüksələrək 37 milyard dollar təşkil etmişdir.
2. HP
Reytinqin ikinci pilləsini HP tutmuşdur. Kompüter istehsalçısı keçən il 112 milyard dollar qazanmışdır. Şirkətin xalis gəliri 2013-cü ildə bir səhmə görə 2,62 dollar təşkil etmişdir.
3. GOOGLE
Google 59,8 milyard dollar gəlir ilə üçüncü pillədə yer almışdır. Bu bir il əvvəlki göstəricidən 16% çoxdur. Şirkətin xalis gəliri keçən illə müqayisədə 12,92 milyard dollar təşkil edir.
4. INTEL
Intel şirkəti isə 52,7 milyard dollar ilə dördüncü pillədə yer alır. Bu isə 2012-ci ilin gösəricilərindən 1% azdır. Intel şirkətinin gəliri 2013-cü ildə 9,6 milyard dollar təşkil edirdi.
5. CISCO
Cisco şirkəti isə liderlərin beşliyini tamamlamışdır. Şirkətin gəliri 47,9 milyard dollar təşkil edir və bu da 2012-ci ildəki göstəricilərdən 1% çoxdur.
Qeyd etmək lazımdır ki, təşkil edilmiş bu reytinqin digər pillələrini Oracle, eBay, Gilead Sciences, Synnex və Applied Materials kimi şirkətlər tutmuşdur.