Azərbaycanda “Dell Emerging Markets (EMEA) Limited” şirkətinin nümayəndəliyi açılır. Bu şirkətin təmsilçisi Danimarka əsilli olan, Dell Technologies şirkətinin baş vitse prezidenti və baş meneceri Monrad Anna Anja-dır.
Banker.az xəbər verir ki, şirkət Bakı şəhəri, Nərimanov rayonu, M.Araz ev 43 ünvanında fəaliyyə göstərəcək.
Qeyd edək ki, “Dell Emerging Markets (EMEA) Limited” şirkəti 22 il 8 ay müddətdir ki, fəaliyyət göstərir. Şirkət fərdi komputerlərin satışı ilə məşğul olur. 15 iyun 2018-ci il tarixində təsdiq olunmuş son sənədə əsasən hazırda 4 fəal direktor və 1 aktiv katib var.